Ana Sayfa > Parlament > Şirvan seçiciləri seçkilərdə fəal iştirak edəcək

Şirvan seçiciləri seçkilərdə fəal iştirak edəcək


16-08-2024, 18:00. Yazar: sevinc1
Şirvan seçiciləri seçkilərdə fəal iştirak edəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Heydər Əsədovun Şirvan şəhər S.Zeynalov küçəsində seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov seçkilərin əhəmiyyətindən bəhs edib, YAP-ın ölkəmizə mühüm uğurlar qazandırdığını və qarşıda önəmli hədəflərin dayandığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən deputatlığa namizəd Heydər Əsədov YAP-ın seçki platforması barədə məlumat verib. O qeyd edib ki, əldə edilmiş bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır: “Xalqımız əmindir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərinə çatacaq, yeni zirvələr fəth edəcək. 2003-cü ildən etibarən Azərbaycanın inkişaf tarixinə hər sahədə önəmli səhifələr yazılıb. Bu səhifələrin şərtləndirən əsas amillər təbii ki, xalqın iradəsi, dövlətin qətiyyəti, zamanın tələblərinə uyğun olaraq təkmilləşən islahatlar və ən əsası insan amilinə verilən dəyərdir”.

Heydər Əsədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Seçicilər isə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Geri dön