Ana Sayfa > Manşet / Parlament > “Seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək”
“Seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək”16-08-2024, 18:53. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun qadın seçicilərlə görüşü keçirilib. aia.az yap.org -a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizin olduqca mühüm siyasi proses - parlament seçkiləri ərəfəsində olduğunu bildirib. O, müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisə seçkilərin bütün ölkə ərzisində keçiriləcəyini diqqətə çatdıraraq seçiciləri fəal olmağa və partiyanın namizədinə səs verməyə çağırıb: “Şübhə yoxdur ki, seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək”. Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qadınları ölkəmizin inkişafı üçün daim əzmlə çalışır: “Qadınlar öz təşəbbüskarlığı və fəallığı ilə bütün sahələrin inkişafına layiqli töhfələrini verirlər. Ölkəmizdə həyata keçirilən gender siyasəti bir çox dövlətlər üçün nümunədir”. Tədbir iştirakçılarından Səkinə Babayeva, şəhid İlham Hacıyevin anası Tamara Hacıyeva, şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, seçici Ülviyyə Zeynalova və digərləri çıxış ediblər. Seçicilər YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Geri dön |