Ana Sayfa > Seçki 2024 > “Müasir Azərbaycan adını tarixə əbədi həkk etdirib”

“Müasir Azərbaycan adını tarixə əbədi həkk etdirib”


16-08-2024, 17:42. Yazar: sevinc1
“Müasir Azərbaycan adını tarixə əbədi həkk etdirib”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, YAP “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığı seçki marafonunu qələbə ilə başa vurmaq gücündədir.

Deputatlığa namizəd Şahin İsmayılov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, Azərbaycanda bütün sahələri əhatə edən uğurlu inkişafdan, o cümlədən müasir tariximizin ən mühüm hadisəsi olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasından bəhs edib. Şahin İsmayılov müasir Azərbaycanın Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib və qüdrətli dövlət olduğunu, zirvələr fəth edərək adını tarixə əbədi həkk etdirdiyini söyləyib.

Tədbirdə Bayram Muradov, Hümbət Pəsiyev və başqaları çıxış edərək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.
Geri dön