Ana Sayfa > Seçki 2024 > Qaya Məmmədovun seçicilərlə növbəti görüşü

Qaya Məmmədovun seçicilərlə növbəti görüşü


16-08-2024, 17:38. Yazar: sevinc1
Qaya Məmmədovun seçicilərlə növbəti görüşü

Parlament seçkilərinə hazırlıq çərçivəsində Yasamal rayounu 17 saylı 3-cü seçki dairəsindən deputatlığa namizəd olaraq seçicilərimlə keçirdiyim aktiv görüşlərim davam edir.

Görüş zamanı ilk olaraq vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhərman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.

Daha sonra həyat və fəaliyyətim, o cümlədən platformamda irəli sürdüyüm hədəf və məqsədlərim haqqında seçicilərimə məlumat verdim.

Həmçinin görüşdə iştirak edən Şəhid və qazi ailələrini, müharibə vetaranlarını və dairə üzrə yaşan sakinləri narahat edən aktual məsələləri,çətinlikləri və fikirlərini dinlədim,suallarını cavablandırdım. Millət vəkili seçiləcəyim təqdirdə seçicilərimin problemlərinə laqeyid qalmayacağıma, üzərimə düşən missiyanı layiqincə yerinə yetirəcəyimi qeyd etdim.

Görüşdə iştirak edən Yasamal Veteranlar Şurasının sədri Polkovnik Bəhram Şeydayev və Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəri, professor Rasim Nəbiyev Parlament seçkilərində hər bir vətəndaşın iştirakının əhəmiyyəttli olduğunu vurğuluyaraq sakinləri seçki günü aktiv olmağa çağırdı.

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd
Qaya Məmmədov
Geri dön