Ana Sayfa > Dünya > Türkiyə ABŞ-nin Ukraynada məğlub olduğunu elan etdi

Türkiyə ABŞ-nin Ukraynada məğlub olduğunu elan etdi


16-08-2024, 16:16. Yazar: sevinc1
Türkiyə ABŞ-nin Ukraynada məğlub olduğunu elan etdi

Vaşinqtonun digər ölkələrə, xüsusən də Türkiyəyə təzyiqləri arzu edilən nəticəni vermir, çünki ABŞ Ukraynada uduzur.

Bunu "RİA Novosti"yə müsahibəsində Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib.

"ABŞ həm Ukraynada, həm də Fələstində uduzur. ABŞ-nin bu cəbhələrdə mövqelərini itirməsi onun təzyiqlərinin istənilən nəticəni verməməsi deməkdir”.

Topkurulunun sözlərinə görə, ABŞ bütün dünya dövlətlərinə Rusiya əleyhinə sanksiyalara qoşulmaq üçün təzyiq göstərir. Siyasətçi əmindir ki, Vaşinqtonun uğursuzluqları məzlum xalqların həmrəyliyi və müqavimətinin artması ilə bağlıdır.

Gülayə Mecid
Geri dön