Ana Sayfa > Seçki 2024 > Göydəniz Qəhrəmanovun seçicilərlə növbəti görüşü

Göydəniz Qəhrəmanovun seçicilərlə növbəti görüşü


15-08-2024, 11:56. Yazar: sevinc1
Göydəniz Qəhrəmanovun seçicilərlə növbəti görüşü

Seçkiqabağı təbliğat-təşviqat kampaniyasını davam etdirərək
Yasamal rayonu 17- saylı 3-cü seçki dairəsində sakinlərlə növbəti görüşümü keçirdim. Seçicilərlə birbaşa yerlərdə keçirdiyim görüşlərdə onların çətinliklərini, narahat edən məsələləri və fikirlərini dinlədim.
Öz növbəmdə seçicilərimə irəli sürdüyüm platformamın ayrı-ayrı aspektləri haqqında məlumat verdim. Mənə etimad göstərilərsə səlahiyyətlərim çərçivəsində problemlərinin aidiyyəti üzrə həlli naminə bütün səylərimi əsirgəməyəcəyimi, mənə ünvanlanan müraciətlərə diqqət və həssaslıqla yanaşacağımı, bildirdim. Seçicilərimi sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak eməyə çağırdım.

17 saylı üçüncü seçki dairəsindən Millət vəkilliyinə namizəd
Göydəniz Qəhrəmanov
Geri dön