Ana Sayfa > Dünya > Avropada istilər 47 mindən çox insanı öldürdü
Avropada istilər 47 mindən çox insanı öldürdü16-08-2024, 00:01. Yazar: sevinc1 |
Qitənin cənubundakı ölkələr ən çox zərər çəkib. Qızmar temperatur 2023-cü ildə Avropada 47,000-dən çox insanın ölümünə səbəb olub, ən çox qitənin cənubundakı ölkələr zərər çəkib. Aia.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verir. Barselona Qlobal Sağlamlıq İnstitutunun hesabatına görə, ötən il dünyada rekord həddə çatan ən isti il olub. Hesabatlara görə, iqlim dəyişikliyi temperaturu yüksəltməyə davam etdikcə, avropalılar dünyanın ən sürətlə istiləşən qitəsində yaşayır və sağlamlıq riskləri ilə üzləşirlər. Elm adamlarının hesablamalarına görə, son 20 il ərzində insanların temperaturun yüksəlməsinə uyğunlaşmasına kömək etmək üçün tədbirlər görülməsəydi, ölüm hallarının 80 faiz daha çox olardı. Tədqiqatçılar Avropanın 35 ölkəsindən ölüm və temperatur məlumatlarından istifadə ediblər. Onların hesablamalarına görə, 47 690 nəfər yüksək temperaturla bağlı səbəblərdən dünyasını dəyişib. Məlumatlara əsasən, Yunanıstan, Bolqarıstan, İtaliya və İspaniya istidən ölümlərin ən çox olduğu ölkələr olub. Aia.az Geri dön |