Ana Sayfa > Ölkə > Gədəbəydə qadın əri tərəfindən BIÇAQLANDI

Gədəbəydə qadın əri tərəfindən BIÇAQLANDI


15-08-2024, 22:27. Yazar: sevinc1
Gədəbəydə qadın əri tərəfindən BIÇAQLANDI

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

aia.az xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön