Ana Sayfa > Parlament > YAP növbəti dəfə də qələbə qazanmaq gücündədir
YAP növbəti dəfə də qələbə qazanmaq gücündədir15-08-2024, 19:01. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Mahmudlu kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev növbədənkənar parlament seçkilərinin əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı haqqında məlumat verib. O, Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün digər seçkilərdə olduğu kimi bu seçkilərdə də qələbə qazanmaq əzmində olduğunu bildirib. Görüşdə Mahmudlu kəndinin sakinlərini salamlayan Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm nailiyyətlər barədə məlumat verib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Azərbaycanın qarşısında yeni vəzifələrin, yeni hədəflərin dayandığını söyləyən Sahibə Qafarova vurğulayıb ki, bu yeni mərhələdə də ölkəmiz cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti, xalqımızın birlik və həmrəyliyi ilə uğurlu və dinamik inkişafını davam etdirəcək. Azərbaycanın sosial-iqtisadi prioritetlərindən birinin regionların davamlı inkişafının təşkil etdiyini bildirən YAP-ın namizədi deyib ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şəmkir rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində həm Şəmkir şəhərinin mərkəzində, həm də rayonun kəndlərində seçicilərlə görüşlər keçirdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, bu görüşlərdə vətəndaşlar dövlətin həyata keçirdiyi tədbirlərdən razılığını bildiriblər. Hər bir dövlətin demokratik inkişafında seçkilərin mühüm rol oynadığını qeyd edən VI çağırış Milli Məclisin sədri, Şəmkir rayonunun, o cümlədən Mahmudlu kəndinin seçicilərinin sentyabrın 1-də yüksək fəallıq göstərəcəklərinə və seçki məntəqələrinə gedib öz istədikləri namizədə səs verəcəklərinə inamını ifadə edib. Görüşdə çıxış edən Mahmudlu kəndinin seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar./yap.org Geri dön |