Ana Sayfa > Parlament > Tərtərlilər parlament seçkilərində fəal iştirak edəcək.
Tərtərlilər parlament seçkilərində fəal iştirak edəcək.15-08-2024, 18:31. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək 2024-cü il sentyabrın 1-də növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Məmmədovun Tərtər rayonunun Cəmilli, Dəmirçilər, Balakəngərli, Seydimli, Hacıqərvənd kəndlərindən olan seçicilərlə görüşü keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov giriş sözü ilə çıxış edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər ölkəmizin qüdrətini əhəmiyyətli dərəcədə artırıb. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıb. Çıxış edən deputatlığa namizəd Anar Məmmədov Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdıraraq YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Tədbirdə çıxış edən şəhid atası Bəhruz İsgəndərov, İbrahim Məmmədov, Sitarə Xəlilova, Namiq Məmmədov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın zirvələr fəth etdiyini vurğulayaraq seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar. Geri dön |