Ana Sayfa > Parlament > 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Şüvəlan, Türkan və Zirə qəsəbə seçiciləri ilə görüş
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Şüvəlan, Türkan və Zirə qəsəbə seçiciləri ilə görüş15-08-2024, 15:17. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Rəsulova Vüsalə Elman qızının Xəzər rayonu, Şüvəlan qəsəbəsi, YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb, partiyanın namizədləri haqqında məlumat verib. Çıxış edən YAP Xəzər rayon təşkilatının məsləhətçisi Nəzrin Bayramova partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, partiyanın seçki platforması haqqında ətraflı məlumat verib və çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Tədbirdə, həmçinin gənc fəallar Əli Bədəlov və Nigar Cəlilova da çıxış ediblər. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar və bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək. Natiqlər uğurlarımızın davamı naminə seçiciləri sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Geri dön |