Ana Sayfa > Seçki 2024 > Zaur Şükürovun növbəti təşviqat kampaniyası Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub

Zaur Şükürovun növbəti təşviqat kampaniyası Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub


15-08-2024, 09:00. Yazar: sevinc1
Zaur Şükürovun növbəti təşviqat kampaniyası Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi tərəfindən qeydə alınmış bitərəf namizəd Zaur Şükürov vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə növbəti görüşü Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub

aia.az xəbər verir ki, görüşdə ictimaiyyətinin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Səmimi söhbət əsnasında keçirilən görüşdə Zaur Şükürov seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sonra sakinləri qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Zaur Şükürov bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Keçirilən görüşdə iştirak edən sakinlər Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön