Ana Sayfa > Seçki 2024 > Yeni zəfərlərə doğru

Yeni zəfərlərə doğru


14-08-2024, 15:00. Yazar: sevinc1
Yeni zəfərlərə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyev antiterror tədbirləri zamanı şəhid olan Mikayıl Vüqar oğlu Həmidlinin ailəsini ziyarət edib.

aia.az yap.org-a istinadən xəbər verir ki, Şəhidimizin əziz xatirəsini ehtiramla yad edən Samir Vəliyev şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb. O, Vətən müharibəsində və antiterror tədbirləri zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Şəhid ailələrinin hər zaman dövlətin və partiyanın diqqətində olduğu vurğulanıb.

Şəhidin atası Vüqar Həmidli onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Şəhidin ailə üzvləri hər zaman olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.
Geri dön