Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov: “Olimpiya çempionlarının mükafatlandırılması millətə və Vətənə sevginin nümunəsidir”

Eltun Süleymanov: “Olimpiya çempionlarının mükafatlandırılması millətə və Vətənə sevginin nümunəsidir”


15-08-2024, 10:24. Yazar: sevinc1
Eltun Süleymanov: “Olimpiya çempionlarının mükafatlandırılması millətə və Vətənə sevginin nümunəsidir”

XXXIII Paris Yay Olimpiya Oyunları başa çatdı. Bu oyunlarda azərbaycan idmançılarının qazandığı qələbələr qəlbimizi iftixar hissi ilə doldurdu. Bayrağımızın uca kürsülərdən dalğalanması hər birimizi sevindirdi. İslam ölkələri içərisində 3-cü yerdə olmaq özü çox böyük qələbədir. Eyni zamanda, dünyanın 30 ölkəsindən biri kimi idmançılarımızla fəxr edirik. Həm də gənclərimizin belə sağlam, güclü böyüməsi üçün dövlətimizin, onun rəhbəri cənab İlham əliyevin illərlə çəkdiyi zəhmətin bəhrəsini görmək hər bir vətəndaşımız, soyadşımız üçün fərəhlidir, unudulmazdır.
Azərbaycanın müdrik rəhbəri cənab ilham Əliyevin həyata keçirdiyi siyasət sayəsində bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Cənab prezidenti Olimpiya çempionlarını qəbul edərkən söylədiyi nitqdən göründüyü kimi, “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.”

Eltun Süleymanov müsahibəsinin sonunda qeyd edib ki, bütün idmançılarımızla fəxr edən, onları alqışlayan cənab Prezidentin sevinclə, fəxrlə onları mükafatlandırması da bu qayğının təzahürüdür, vətənə, millətə sevginin nümuinəsidir.”
Geri dön