Ana Sayfa > Parlament > Deputatlığa namizəd Cavanşir Feyziyev Şəkikənd və Cəyirli kəndlərində seçicilərlə görüşüb

Deputatlığa namizəd Cavanşir Feyziyev Şəkikənd və Cəyirli kəndlərində seçicilərlə görüşüb


14-08-2024, 14:00. Yazar: sevinc1
Deputatlığa namizəd Cavanşir Feyziyev Şəkikənd və Cəyirli kəndlərində seçicilərlə görüşüb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi 115 saylı Şəki kənd seçki dairəsi tərəfindən qeydə alınmış namizəd Cavanşir Feyziyev vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə növbəti görüşü Şəkikənd və Cəyirli kəndlərində baş tutub

aia.az xəbər verir ki, görüşdə kənd ictimaiyyətinin nümayəndələri, eləcədə şəhid ailələrinin üzvləri, müharibə qaziləri və veteranları iştirak ediblər. Səmimi söhbət əsnasında keçirilən görüşdə Cavanşir Feyziyev seçicilərə öz platformasını təqdim edib, gələcək planlardan danışıb. Sakinlər namizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar. Sonra kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Cavanşir Feyziyev bu məsələləri qeydiyyata götürüb və onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Geri dön