Ana Sayfa > Manşet / Özəl / Gündəm / Seçilənlər-9 > Əziz Ələkbərli: “İdmançılarımızın bizə qürur hissi yaşatmasının əsasında cənab Prezidentin millət sevgisi, gənclərin sağlam böyüməsi arzusu durur”

Əziz Ələkbərli: “İdmançılarımızın bizə qürur hissi yaşatmasının əsasında cənab Prezidentin millət sevgisi, gənclərin sağlam böyüməsi arzusu durur”


15-08-2024, 07:49. Yazar: sevinc1
Əziz Ələkbərli: “İdmançılarımızın bizə qürur hissi yaşatmasının əsasında cənab Prezidentin millət sevgisi, gənclərin sağlam böyüməsi arzusu durur”

“Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Məhz, bu qayğı sayəsində Azərbaycanda idman uğurla inkişaf edir. Keçirilən beynəlxalq yarışlarda idmançılarımız öz gücünü və dövlətimizin qüdrətini nümayiş etdirirlər. Dövlət başçısının diqqət və qayğısı, bilavasitə nəzarəti altında ölkənin ən ucqar bölgələrində belə yeni idman kompleksləri inşa olunur. Bu da perspektivli gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır, bununla yanaşı, bir çox qitə və dünya çempionatlarının, beynəlxalq turnirlərin Respublikada keçirilməsinə əlverişli şərait yaradır. Artıq ölkəmiz beynəlxalq idman yarışlarının keçirildiyi məkanlardan biridir. Bundan əlavə idmanın müxtəlif növlərinin inkişafına dair Respublika Prezidenti tərəfindən imzalanmış Dövlət Proqramları icraçılardan idmanın müvafiq növünə kompleks yanaşmanı tələb edir. Nəticə etibarilə hal-hazırda idmanın bütün növləri ölkəmizdə özünün yüksək inkişaf mərhələsini yaşayır. Respublikaya axan qızıl, gümüş və bürünc medalların, idman titullarının sayı gündən-günə artmaqda davam edir. Bütün bunlar məhz cənab prezidentin idmana, gənclərin sağlam böyüməsinə göstərdiyi qayğı və diqqətin nəticəsidir. Bu günlərdə başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu yolda inamlı addımların atılması ölkəmizin şərəfli tarixinə yazılır. Cənab Prezidentin Olimpiya çempionlarını qəbul edərkən söylədiyi "Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir"-fikri zəhmətin hədər getmədiyini göstərir.”

Bu sözləri ai.az-a müsahibəsində VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz qeyd etmişdir ki, “çempion adı qazanmış idçmançıların dövlət başçısı tərəfindən qəbul edilməsi, onların və məşqçilərinin mükafatlandırılması artıq bir ənənə şəklini almışdır. Cənab prezidentin qürur və fəxrlə idmançılarımızı təbrik etməsi hər bir azərbaycanlının sevincinə bir daha sevinc qatmışdır. Bu çempionları yetişdirən xalqımız, dövlətimizdir. Dövlətin, onun rəhbərinin gənclər siyasətinin tərkib hissəsi olan idmana qayğıdır.”
Əziz Ələkbərli bildirmişdir ki, “İslam konfransı Təşkilatının üzvü olan 57 ölkə arasında 3-cü olmaq 30 böyük və güclü dövlətin sırasına qatılmaq, bayrağımızın ən uca kürsüdən dalğalanması, himnimizin oxunması şərəfli bir tarixidir və biz bu tarixin şahidləriyik. Bu tarixi bizə yaşadan isə ilk növbədə dövlətimiz və onun rəhbəri cənab İlham Əliyevdir. Cənab Prezidentin görüşdə söylədiyi “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik” cümləsi özündə çox şeyi ehtiva edir. Bu cümlənin arxasında ilk növbədə Vətənə, millətə sevgi, onun övladlarına ata qayğısı dayanır. Belə olduğu üçün gənclərimiz də müdrik rəhbərin göstərişlərinə biganə qalmır və iştirak etdikləri görüşlərdə, yarışlarda bizə qürur hissi yaşadırlar.”
Geri dön