Ana Sayfa > Seçki 2024 > Hədəflər uğurla reallaşdırılır

Hədəflər uğurla reallaşdırılır


14-08-2024, 21:35. Yazar: sevinc1
Hədəflər uğurla reallaşdırılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin rayonun Püştətala kəndinin seçiciləri ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadla xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin ölkəmizin qüdrətini əhəmiyyətli dərəcədə artırdığını deyib. O qeyd edib ki, Balakən seçiciləri möhtəşəm nailiyyətlərimizi yüksək qiymətləndirirlər.

Görüşdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: “Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır”.

Təşviqat qrupunun üzvü Azər Məmmədov, şəhid atası Rəcəb Mollaçıyev çıxış edərək seçiciləri səsvermə günü fəal olmaya, layiqli namizədə səs verməyə çağırıblar.
Geri dön