Ana Sayfa > Seçki 2024 > Daim zirvələrə doğru!

Daim zirvələrə doğru!


14-08-2024, 21:21. Yazar: sevinc1
Daim zirvələrə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın Qobu qəsəbəsində Vətən müharibəsi şəhidi Gülverdi Qasımovun ailəsi ilə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə şəhid Əli Əliyevin, şəhid Bəhruz Əhmədovun, şəhid Əmrah Səfərlinin, şəhid Rüstəm Turabovun, şəhid Aşur Həsənbalayevin, şəhid Əli Heydərovun ailə üzvləri və Vətən müharibəsi əlilləri Həmid Həmidov, Saleh Nağıyev, Qüdrət Zeynallı da iştirak ediblər. Deputatlığa namizəd Nigar Məmmədova bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub.

Nigar Məmmədova ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb.

Həmçinin, qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər əldə etməkdədir. Şəhid Gülverdi Qasımovun valideynləri - atası Abil Qasımov, anası Pakizə Qasımova ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə iştirak edənlər parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Geri dön