Ana Sayfa > Parlament > Güclü dövlət, yüksək rifah...

Güclü dövlət, yüksək rifah...


14-08-2024, 20:57. Yazar: sevinc1
Güclü dövlət, yüksək rifah...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın Naxçıvanda yaşayıb-yaradan rəssamlarla və YAP Culfa rayon təşkilatında seçicilərlə görüşləri keçirilib.

aia.az yap.org- a istinadla xəbər verir ki, əvvəlcə rəssamlarla keçirilən görüşdə deputatlığa namizəd Ülviyyə Həmzəyeva onların problemlərini dinləyib, Yeni Azərbaycan Partiyası tərəfindən təşviqat üçün hazırlanmış kalendar, broşur, jurnal və qələmlər rəssamlara paylanıb, mədəniyyət sahəsi üzrə gələcək işlər müzakirə olunub. Sonda rəssamlarla xatirə fotosu çəkilib.

Ü.Həmzəyeva daha sonra Culfa seçiciləri ilə görüşüb, onları parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Bildirib ki, “Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən möhtərəm Prezidentimizə milyonların sevgisi, dəstəyi şəksizdir.

Öz növbəsində seçicilər də 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Geri dön