Ana Sayfa > Qərbi Azərbaycan > Səhiyyə Nazirliyindən xəbərdarlıq
Səhiyyə Nazirliyindən xəbərdarlıq22-11-2016, 13:35. Yazar: admin |
Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib. Nazirlikdən xəbərdarlıqda bildirilib ki, “Dərman vasitələri haqqında” qanunun 11-ci maddəsinə, Nazirlər Kabinetinin 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli əlavəyə əsasən, dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır. “Dərman vasitələri haqqında” qanunun 11.2-ci maddəsinə əsasən, dərman vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı (Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilir. Bu, dərman vasitəsinin istifadə təlimatının istehlakçı üçün anlaşıqlı, düzgün və əhəmiyyətli məlumatları əks etdirməsini təsdiqləmək üçün zəruridir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəlikləri Azərbaycana idxal olunan dərman vasitələrini Azərbaycan dilində və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş formada istifadə təlimatları ilə təmin etməsi məqsədəmüvafiqdir. Qeyd edilib ki, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir və istifadə təlimatında dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə dair göstəriş və əks göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və laktasiya dövründə istifadəsi, dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb edilən digər şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar öz əksini tapır. Geri dön |