Ana Sayfa > Parlament > Şəmkirlilərin seçimi bəllidir
Şəmkirlilərin seçimi bəllidir14-08-2024, 18:41. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənov Şəmkir rayonunun Bayramlı və Sarıtəpə kəndlərinin seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, müasir müstəqil Azərbaycanın hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda cənab İlham Əliyevin sədrliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. Çıxış edən deputatlığa namizəd Nurlan Həsənov qeyd edib ki, YAP-ın seçki platformasında bütün sahələrin inkişafına aid məqamlar öz əksini tapır. O, bildirib ki, cənab İlham Əliyevin yürütdüyü strategiya Azərbaycanı daha güclü etməyə yönəlibdir: “Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin, xalqın gücü ilə azad edilən şəhər və kəndlərimizin yenidən qurulması və öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır”. Tədbirlərdə, həmçinin partiya fəalları Ayaz Orucov, Famil Həmidov, Elvira Allahverdiyeva və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. Öz növbəsində çıxış edən seçicilər də yeni dövrün yeni hədəflərinə çatmaq naminə 1 sentyabr seçkilərində YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər. Geri dön |