Ana Sayfa > İqtisadiyyat > 24 sığorta vasitəçisinin lisenziyası dayandırıldı

24 sığorta vasitəçisinin lisenziyası dayandırıldı


14-08-2024, 18:40. Yazar: sevinc1
24 sığorta vasitəçisinin lisenziyası dayandırıldı


Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs olan sığorta agentinə, 22 nəfər fiziki şəxs olan sığorta agentinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 1 hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.

aia.az AMB-yə istinadla xəbər verir ki, bu qərar avqustun 13-də Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.

aia.az
Geri dön