Ana Sayfa > Özəl > Livanın Baş naziri Mikati: Vəziyyət narahatedicidir

Livanın Baş naziri Mikati: Vəziyyət narahatedicidir


14-08-2024, 18:20. Yazar: sevinc1
Livanın Baş naziri Mikati: Vəziyyət narahatedicidir

Livanın baş naziri Naguib Mikati bəyan edib ki, müharibənin qarşısını almaq və İsrail təcavüzünü dayandırmaq məqsədi daşıyan diplomatiya narahatedici şərtlərlə üzləşib.Mikati paytaxt Beyrutdakı Hökumət Sarayında keçiriləcək Fövqəladə Nazirlər Şurasının iclasından əvvəl açıqlama verib.Baş nazir Mikati təfərrüatları açıqlamayaraq, "Müharibənin qarşısını almaq və İsrail təcavüzünü dayandırmaq üçün hərəkətə keçən diplomatiya narahatedici şərtlərlə üz-üzədir" dedi. dedi.

Livan da daxil olmaqla regional təhlükənin aradan qaldırılması üçün rəhbərlik səviyyəsində görüşlər keçirdiklərini ifadə edən Mikati, İsrailin Livan və Qəzzaya hücumları, ölüm, dağıntı və köçkünlük hallarının bütün dünyanın gözü qarşısında törədildiyinə diqqət çəkib.

2023-cü il oktyabrın 8-dən İsrail və Livan Hizbullahı arasında "nəzarət altında olan toqquşmaları" dayandırmaq üçün vasitəçi kimi çıxış edən ABŞ prezidentinin baş müşaviri Amos Hokşteyn bu gün Beyrutda görüşlər keçirir.

aia.az
Tərcümə şöbəsi
Geri dön