Ana Sayfa > Siyasət / Parlament > Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşü keçirib
Deputatlığa namizəd Afət Həsənova seçicilərlə görüşü keçirib14-08-2024, 18:01. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədi Afət Həsənovanın Suraxanı rayonu, Əmircan qəsəbəsinin Səməd Mənsur adına Mədəniyyət evində seçicilərlə görüşü keçirilib. aia.az Trend-ə istinadən xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov parlament seçkilərinin önəmini vurğulayıb, partiyamızın seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə getdiyini bildirib. Deputatlığa namizəd Afət Həsənova isə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Afət Həsənova çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Tədbirdə çıxış edən Əməkdar artist Ağalar Bayramov və qəsəbə sakinləri namizədə uğurlar arzulayıb, həmçinin təklif və müraciətlərini səsləndiriblər. aia.az Geri dön |