Ana Sayfa > Gündəm > Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ: Bu olmadan ölkəyə buraxılmayacaqsınız
Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ: Bu olmadan ölkəyə buraxılmayacaqsınız14-08-2024, 17:34. Yazar: sevinc1 |
Türkiyə hökuməti ölkəyə gələn əcnəbilərdən barmaq izi götürməyi planlaşdırır. Aia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "Sabah" qəzetinə açıqlamasında bildirib. "Türkiyəyə girişdə, ABŞ və İngiltərədə olduğu kimi, barmaq izi götürüləcək", - o deyib. Nazir layihənin icrasına nə vaxt başlanacağını deməyib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan da 3,1 milyonu Suriya vətəndaşıdır. Aia.az Geri dön |