Ana Sayfa > Parlament > “Seçimimiz YAP-ın namizədidir!”

“Seçimimiz YAP-ın namizədidir!”


14-08-2024, 16:59. Yazar: sevinc1
“Seçimimiz YAP-ın namizədidir!”


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədi, YAP Sədrinin müavini Əli Əhmədovun qadın seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, YAP seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılır. İndiyə qədər qazanılmış qələbələrə, yüksək nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur. O əlavə edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının daha bir bariz ifadəsi olacaq.

Tədbirdə çıxış edən deputatlığa namizəd, YAP Sədrinin müavini Əli Əhmədov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. Əli Əhmədov bildirib ki, harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir. O qeyd edib ki, ölkədə qadınlar həyatın bütün sahələrində iştirak edirlər: “Onların rolunun və iştirakçılığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Hazırda Azərbaycan cəmiyyətində qadınlarımızın iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”.

Əli Əhmədov çıxışında qadın seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvlərindən Gülşən Behbud, Həmidə Ələfsərova, Səbinə Həsənova, Sədaqət Vəliyeva və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə çağırış ediblər.

Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb.

Həmin gün deputatlığa namizəd Əli Əhmədov Vətən müharibəsi şəhidi Vüqar İnşallah oğlu Cəfərovun ailəsi ilə görüşüb, müxtəlif ünvanlarda fərdi və məhəlli görüşlər keçirib.

aia.az
Geri dön