Ana Sayfa > Parlament > Qələbələr partiyası yenə qalib olacaq!

Qələbələr partiyası yenə qalib olacaq!


14-08-2024, 10:00. Yazar: sevinc1
Qələbələr partiyası yenə qalib olacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə Zövlə və Boladi kəndlərində seçicilər ilə görüş keçirib.

aia.az yap.org-a istinadən xəbər verir ki,deputatlığa namizəd Cavanşir Paşazadə YAP-ın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, genişmiqyaslı fəaliyyəti ilə ümumxalq partiyası statusunu qazanıb. YAP öz sıralarında cəmiyyətdə böyük nüfuza malik insanları birləşdirir, xalqın arzu və istəklərinin həyata keçirilməsinə öz töhfələrini verməyə səy göstərir. O bildirib ki, YAP, eyni zamanda, qələbələr partiyasıdır. Bu partiya ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsi ilə diqqətdədir.

Görüşdə iştirak edən ağsaqqallar və ziyalılar seçkilərdə iştirak edəcəklərini və YAP-ın namizədini dəstəklədiklərini bildiriblər.
Geri dön