Ana Sayfa > Parlament > Zəfərə, inkişafa, rifaha səs verək!
Zəfərə, inkişafa, rifaha səs verək!14-08-2024, 14:30. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanov Sabirabad rayonunun Yuxarı-Axtaçı, Qasımbəyli, Muradbəyli və Əsgərbəyli kəndlərindən olan seçicilərlə görüş keçirib. aia.az yap.org-a istinadla xəbər verir ki, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır: “Hazırda partiya üzvlərinin sayı 700 mindən artıqdır. Bu, xalqımızın Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsinin göstəricisidir”. Çıxış edən deputatlığa namizəd Əhliman Əmiraslanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirərək varislik prinsipi əsasında uzaqgörən və məqsədyönlü siyasət həyata keçirən dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizə misilsiz tarixi nailiyyətlər qazandırıb: “Yeni dövrün yeni hədəflərinin reallaşdırılması ölkəmizə yeni qələbələr bəxş edəcəkdir”. Əhliman Əmiraslanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. “Xalqın inamını layiqincə doğrultmuş Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərərək Zəfərə, inkişafa, rifaha səs verək!”, - deyə vurğulanıb. Tədbirdə çıxış edənlər - şəhid atası Oktay Ənnağıyev, Mehman Musayev, Əlövsət Ənnağıyev, Əlişirin Əliyev və digərləri YAP-ın namizədinə dəstəklərini ifadə ediblər. Geri dön |