Ana Sayfa > Özəl > Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər14-08-2024, 13:09. Yazar: sevinc1 |
Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayının 9-da Astanada keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respualikasının Dövlət Başçılarının növbəti görüşündə fəxri qonaq qismində iştirakı ölkələrimiz arasında münasibətlərin növbəti, daha yüksək mərhələyə keçidinin, regional əməkdaşlığın yeni formatının daha bir nümayişidir. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri qırılmaz tellərlə bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında olan strateji əməkdaşlığın inkişafını bir daha təsdiqləyir. Qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji və nəqliyyat sektorlarında birgə fəaliyyət investisiya layihələri və beynəlxalq səviyyədə əməkdaşlıq, bu əlaqələrin güclənməsinə və regionda sabitliyin təminatına mühüm töhfə verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi və genişlənməsi regionda və qlobal səviyyədə böyük əhəmiyyət kəsb edəcəkdir. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı şübhəsizdir və bu istiqamətdə atılan addımlar davam etdirilməlidir.Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji sahəsində əməkdaşlığı gələcəkdə regional və qlobal səviyyədə böyük iqtisadi səmərə verə biləcək bir istiqamətdir. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində ilk addım olaraq böyük əhəmiyyət kəsb edir. Nəqliyyat-tranzit sahəsində isə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması və Ələt Beynəlxalq Ticarət Limanının imkanlarının genişləndirilməsi kimi layihələr Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Ölkəmiz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındadır, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoq yaradır. Bu da bu günün reallığıdır. Və bu prosesi daha da fəallaşdırmaq ən vacib məsələlərdən biridir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Dövlət başçısı İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Son illər ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın mənafeyinə xidmət edəcəkdir. Pərvanə Verdiyeva, Gədəbəy şəhər 3 nömrəli məktəbin direktoru - fəal gənc Geri dön |