Ana Sayfa > Parlament > Bəhruz Məhərrəmov seçicilərlə görüşüb

Bəhruz Məhərrəmov seçicilərlə görüşüb


14-08-2024, 13:01. Yazar: sevinc1
Bəhruz Məhərrəmov seçicilərlə görüşüb

aia.az xəbər verir ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi 69 saylı Biləsuvar seçki dairəsi tərəfindən qeydə alınmış bitərəf namizəd Bəhruz Məhərrəmov Biləsuvar rayonunun Aşağı Cürəli kəndində seçki kampaniyasının planına uyğun olaraq seçicilərlə görüş keçirib. İlk növbədə Bəhruz Məhərrəmov parlamentdəki fəaliyyəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb. Daha sonra kənd sakinlərini qayğılandıran məsələlər səmimi şəraitdə müzakirə olunub. Deputatlığa namizəd bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Keçirilən görüşdə iştirak edən kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön