Ana Sayfa > Parlament > Göydəniz Qəhrəmanovun görüşləri davam edir

Göydəniz Qəhrəmanovun görüşləri davam edir


14-08-2024, 12:11. Yazar: sevinc1
Göydəniz Qəhrəmanovun görüşləri davam edir

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yasamal rayonu 17 saylı 3-cü seçki dairəsindən Millət vəkilliyinə namizədliyini irəli sürən Göydəniz Qəhrəmanovunun seçicilərlə geniş tərkibdə görüşləri davam edir.
Görüşlər zamanı ilk olaraq torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilir
Sonra namizəd seçicilərinə platforması çərçivəsində irəli sürdüyü gələcək planlarından, hədəf və məqsədlərindən geniş məlumat verir. Həmçinin onları maraqlandıran sualları cavablandırı, fikir və təkliflərini dinləyir, səlahiyyətləri çərçivəsində dəstək göstərəcəyini bildirir.

aia.az xəbər verir ki, görüş zamanı Göydəniz Qəhrəmanov xüsusilə qeyd edir ki, ölkədə daxili sabitliyin qorunub saxlanması, müstəqil, dayanıqlı iqtisadiyyatın qurulması, davamlı müasir ordu quruculuğu, vətənpərvər gəncliyin yetişdirilməsi, milli maraqlarımıza xidmət edən xarici siyasət kursu dünyaya səs salan qələbəmizi şərtləndirib. Namizəd ən çox diqqəti 44 günlük qələbədən sonra ölkəmizə yönələn təzyiqlərə qarşı prezident İlham Əliyevin qətiyyətinə, apardığı siyasətin uğurlu nəticələrinə yönəldir. Eyni zamanda bildirir ki, bu gün böyük Qarabağ başdan-başa yenidən qurulur. Bu isə iqtisadi siyasətin düzgün aparılmasından və iqtisadi gücümüzdən xəbər verir.

Görüş iştirakçıları isə ölkədə həyata keçirilən islahatları yüksək dəyərləndirdiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda söz sahibi olduğunu, eləcə də Prezidentin ən yaxşın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən məmnun qldıqlarımı ifadə ediblər.
Geri dön