Ana Sayfa > Parlament > RAZİ NURULLAYEV SEÇİCİ SƏSİNİ ƏN TƏBİİ YOLLA ƏLDƏ EDƏCƏK
RAZİ NURULLAYEV SEÇİCİ SƏSİNİ ƏN TƏBİİ YOLLA ƏLDƏ EDƏCƏK14-08-2024, 10:34. Yazar: sevinc1 |
81 saylı İmişli seçki dairəsindən namizədliyi rəsmi olaraq qeydə alınan Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev seçiciləri ilə görüşlər keçirir, onları dinləyir və qaldırılan məsələlərin həlli istiqamətində ciddi addımlar atacağını söyləyir. Önəmli olan bir də odur ki, Razi Nurullayev bu isti havalarda görüşlərini kondisionerli zallarda deyil rayonun kəndlərində, əkin-biçin sahələrində keçirir. İnsanlarla evlərində görüşür, yaşayış şəraitlərini görür. Əhali ilə keçirilən bu cür görüşlər isə böyük məmunluq hissi yaradı, inamları gücləndirir. Əslində namizədin ev-ev gəzməsi həm də sadəlikdir. Sadəlik və səmimiyyət olan yerdə isə seçən də uğur qazanmış olur, seçilən də. Artıq İmişlidə az ev tapılar ki, Razi Nurullayev ora baş çəkməsin, insanların yaşayış tərzi ilə tanış olmasın. Bu cür addımlar ünsiyyətin daha təbii olmasını da sübut edir. Qeyd edək ki, VI çağırış Milli Məclisin üzvü olan Razi Nurullayev fəaliyyəti dönəmində də çox fəal millət vəkillərindən biri idi. Seçicilərinin problemlərini ən ali kürsüdən səsləndirib, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olub. Siyasi baxışı, elmiliyi, insanları duyma qabiliyyəti, vətənpərvərliyi ilə diqqəti çəkən namizəd seçiciləri ilə bir arada olmaqdan həm də qürur duyur. Dolanışıq şəraiti ağır olanlara qayğı göstərmək, qanuni yollarla onların sosial yardım almalarına kömək etmək, ağır xəstələtin yanında olmaq, susuzluqdan od tutub yanan əkin sahələrinin problemlərini həll etmək bu gün çox vacibdir. Belə olan halda bu təbəqədən olan adamlar ümidsizliyə qapılmır, inamları sarsılmır. Bütün bunlar əlbəttə, seçici səsinə hörmətdən, verilən səsə diqqətdən yaranır. İmişli seçiciləri əmindir ki, Razi Nurullayev yenidən onların haqq səsini Milli Məclisdə səsləndirəcək və həlli istiqamətində addımlar atacaqdır. Geri dön |