Ana Sayfa > Parlament > Culfalıların seçimi bəllidir

Culfalıların seçimi bəllidir


13-08-2024, 21:41. Yazar: sevinc1
Culfalıların seçimi bəllidir

2024-cü il sentybarın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyevanın Culfa şəhər və Gülüstan kəndindən olan seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-s istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov bildirib ki, Azərbaycan dövləti demokratik dəyərlərə sadiqliyini yalnız əməli ilə təsdiqləyir: “Zəngin seçki təcrübəsi mövcuddur. Seçki qanunvericliyinin dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi bu prosesin demokratikliyini, şəffaflığını təmin edir”.

Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva vurğulayıb ki, seçicilərin yüksək əhval-ruhiyyəsini şərtləndirən mühüm amillərdən biri və ən başlıcası ölkədə sabitliyin, davamlı inkişafın mövcudluğu, xalqın yüksək rifah şəraitində yaşamasıdır: “Son 4 ilə yaxın dövrdə tarixi Zəfərimizin sevinci xalqımızın ovqatına rəng qatıb. 7 fevral prezident seçkilərinin ardınca, 1 sentyabr parlament seçkilərinin bütün ölkə ərazisi üzrə keçirilməsi hər birimizi qürurlandırır”.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Nizami Alıyev, Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Ədalət Əhmədov, Xanım Tağıyeva, Alim Nəcəfov, Fizuli Hüseynov və gənc seçici Xanım Kazımova çıxış ediblər.

Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd seçicilərin arzu və istəklərini dinləyib və şəhid Kənan Quliyevin anası İlhamə Dadaşova ilə görüşüb.
Geri dön