Ana Sayfa > Karusel / Dünya > Mahmud Abbasdan Putinlə görüşü barədə ilk açıqlama
Mahmud Abbasdan Putinlə görüşü barədə ilk açıqlama13-08-2024, 21:14. Yazar: sevinc1 |
Rusiya Prezidenti Vladimir Putinlə görüş səmimi və açıq keçdi. aia.az TASS-a istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas Rusiya lideri ilə görüşündən sonra Mixail Qusmana müsahibəsində deyib. "İki görüşümüz oldu. Birincisi geniş tərkibdə, bir hissəsi medianın qarşısında idi. İkinci hissə isə təkbətək oldu, burada şəxsən ünsiyyət qurduq. İkinci görüşdə biz həm Rusiyanı, həm də Fələstini narahat edən bütün mövzuları açıq şəkildə müzakirə etdik. Təbii ki, biz Qəzza zolağındakı faciəvi vəziyyətdən danışdıq, nəticədə 40 min insan həlak oldu, 100 minə yaxın insan yaralandı, Qəzza zolağındakı infrastruktur və binaların 70%-dən çoxu məhv edilib. Hazırda Qəzza zolağında baş verənlərdən, Amerikanın gələcək hadisələri necə gördüyündən, beynəlxalq ictimaiyyətin Qəzza zolağında baş verənlərə reaksiyasından danışdıq. Mən səmimi dedim ki, həm fələstinlilər, həm də ərəblər ABŞ-nin rəsmi mövqeyi ilə razı deyillər”, - deyə Abbas qeyd edib. Geri dön |