Ana Sayfa > Seçki 2024 > YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir

YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir


13-08-2024, 20:06. Yazar: sevinc1
YAP ümumxalq partiyası kimi yüksək nüfuza malikdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayonunun Slavyanka kəndində seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyası Sədri İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni zəfərlərə imza atmaqdadır. O, çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində qazanılan uğurları və qarşıda duran hədəfləri diqqətə çatdıraraq seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan dövlətinin ən böyük uğurudur: “Hazırda əsas məqsəd azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bunlar hamısı müasir dövrün tələblərinə cavab verməlidir”.

Sevinc Hüseynova vurğulayıb ki, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi Azərbaycanın qüdrətinin ifadəsidir. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Rüfət İmamquliyev, Tural Nuriyev, Raifə Musayeva və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Slavyanka kəndində fərdi görüş də keçirib.
Geri dön