Ana Sayfa > Parlament > YAP ölkənin inkişafında əhəmiyyətli rola malikdir

YAP ölkənin inkişafında əhəmiyyətli rola malikdir


13-08-2024, 19:37. Yazar: sevinc1
YAP ölkənin inkişafında əhəmiyyətli rola malikdir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Borsunlu və Nadirkənd kənd seçiciləri və Naftalan şəhərində qadın seçicilər ilə görüşləri keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, Goranboyda keçirilən görüşdə çıxış edən rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Azərbaycan parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə tam hazırdır. S.Qocayev Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın yüksəlişində - ictimai siyasi sabitliyin qorunması, əhalinin rifahının yaxşılaşdırılması və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. Milli Məclisə keçiriləcək seçkilərin önəmini vurğulayan Samir Qocayev 1 sentyabrda hər kəsi seçkidə iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Naftalanda təşkil olunan görüşdə şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıb. Vurğulanıb ki, xalqımız bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük etimad göstərməklə öz parlaq gələcəyinə səs verəcək.

Deputatlığa namizəd Bədəl Bədəlov Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində hazırda Azərbaycanın heç bir zaman olmadığı qədər güclü və qüdrətli ölkəyə çevrildiyini deyib. O, Yeni Azərbaycan Partiyasının milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Nailə Məmmədova, Əzra Həşimova, Səyad Quliyev, Dərgah Abbasov, Elsivar Qəmbərov və Ramil Bayramov əldə olunan tarixi nailiyyətlər fonunda seçiciləri 1 sentyabr – növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bədəl Bədəlov rayonun Borsunlu kəndində yaşayan Vətən müharibəsi qazisi Elmar Elmir oğlu Nəsirov ilə fərdi görüş keçirib, daha sonra Borsunlu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Cahangir Məmməd oğlu Qurbanovun və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Elyəddin Zöhrab oğlu Cəfərovun ailələrini ziyarət edib.
Geri dön