Ana Sayfa > Özəl > Nəşrin görə, yaxın aylarda Vaşinqton Ər-Riyada üç min kiçik diametr bomba və 7.5 min Paveway IV dəqiq idarəolunan bomba tədarük edəcək
Nəşrin görə, yaxın aylarda Vaşinqton Ər-Riyada üç min kiçik diametr bomba və 7.5 min Paveway IV dəqiq idarəolunan bomba tədarük edəcək13-08-2024, 18:56. Yazar: sevinc1 |
ABŞ Səudiyyə Ərəbistanına bir sıra silahların satışına qoyulan qadağanı ləğv edib. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Nəşrin məlumatına görə, yaxın aylarda Vaşinqton Ər-Riyada üç min kiçik diametrli bomba və 7,5 min Paveway IV dəqiq idarəolunan bomba tədarük edəcək. Bu silahların alınması Səudiyyə Ərəbistanına 750 milyon dollardan çox başa gəlib. Xatırladaq ki, ABŞ 2021-ci ildə Ər-Riyada hücum silahlarının satışını dayandırıb. Bununla belə, 2023-cü ildə Vaşinqton Fələstin-İsrail münaqişəsinin artması səbəbindən bölgədə gərginliyin mümkün artması fonunda məhdudiyyətləri yumşaltmaq niyyətində olduğunu açıqladı. aia.az Tərcümə şöbəsi Geri dön |