Ana Sayfa > Seçki 2024 > Uğurlarımızın davamına səs verəcəyik

Uğurlarımızın davamına səs verəcəyik


13-08-2024, 18:48. Yazar: sevinc1
Uğurlarımızın davamına səs verəcəyik

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm önəm daşıdığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın düşmən üzərindəki tarixi Zəfərindən sonra yeni dövr başlayıb. Bu gün Azərbaycan yeni reallıqlar fonunda inkişafın növbəti mərhələsinə qədəm qoyub.

Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, partiya Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsidir. O qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə diqqətəlayiq uğurlara imza atıb.

Tədbirdə çıxış edənlər Azərbaycanın davamlı yüksəlişi naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Seçicilər isə “Uğurlarımızın davamı üçün YAP-ın namizədinə səs verəcəyik”, - deyə vurğulayıblar.
Geri dön