Ana Sayfa > Özəl > Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır13-08-2024, 17:47. Yazar: sevinc1 |
Cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan respublikasının dövlət başçılarının keçirilən görüşündə Prezident İlham Əliyev iştirak etmişdir.Bu görüşlərin əhəmiyyətini vurğulayaraq bildirmək istəyirəm ki,Azərbaycan Mərkəzi Asiya ölkələrini Asiya məkanında öz mövqelərini möhkəmləndirilməsində mühüm müttəfiqlər hesab edərək onlarla əlaqələri fəal şəkildə davam etdirir.Bu əlaqələr həm də Türk dövlətləri birliyi çərçivəsində də çox əhəmiyyətlidir. Mərkəzi Asiya ölkələri ilə hərtərəfli əlaqələrin inkişafı Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetidir.Bildiyiniz kimi Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx tarixi,mədəni əlaqələrə malikdir.Son dövrlər dünyada və regionda baş verən siyasi vəziyyət bu ölkələrin daha möhkəm əlaqələr yaratmasını zəruri edir.Dövlət başçısının etdiyi səfərlər,imzalanan sənədlər və sazişlər bunun bariz nümunəsidir.Mərkəzi Asiya ölkələri ilə qurulan əlaqələrin əsasən başında müdafiə və təhlükəsizlik məsələləri durur. İqtisadi baxımdan dövlətimiz bu dövlətlər üçün də mühüm əhəmiyyət kəsb edən tranzit rolunu oynayır.Ölkəmizin bu dövlətlərlə regional əlaqələrinin genişlənməsində,heç şübhəsiz nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində,Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirənin 7-ci zirvə toplantısında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı ölkəmizə region dövlətlərinin marağının əyani təcəssümüdür. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir.O cümlədən bu dövlətlər beynəlxalq arenada da bir-birlərinin mövqelərini müdafiə edirlər.Bütün bunlar bir daha göstərir ki,Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur.Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi tövhələr verən Azərbaycan Şərqlə Qərb arasında,o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.Xüsusilə vurğulamaq olar ki,Azərbaycanın beynəlxalq əlaqələri bundan sonrada genişlənəcək,onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcək. Nizami Verdiyev YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü Geri dön |