Ana Sayfa > Seçki 2024 > Biləsuvarlılar Bəhruz Məhərrəmovun deputatlıq fəaliyyətini yüksək dəyərləndirirlər

Biləsuvarlılar Bəhruz Məhərrəmovun deputatlıq fəaliyyətini yüksək dəyərləndirirlər


13-08-2024, 13:30. Yazar: sevinc1
Biləsuvarlılar Bəhruz Məhərrəmovun deputatlıq fəaliyyətini yüksək dəyərləndirirlər

aia.az xəbər verir ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 69 saylı Biləsuvar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Bəhruz Məhərəmov təbliğat-təşviqat mərhələsi çərçivəsində növbəti görüşünü Biləsuvarın və bütövlükdə regionun ən qədim yaşayış məskənlərindən biri olan Bəydili kəndinin sakinləri ilə keçirib. Bəhruz Məhərrəmov Milli Məclisə yenidən millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə danışıb: “Çalışacağam ki, ötən illərdə olduğu kimi, növbəti 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”. Qeyd olunub ki, xalqa əvəzsiz xidmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu konkret işi və nailiyyətləri ilə təsdiqləyib.

Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər bildiriblər ki, Bəhruz Məhərrəmov Milli Məclisin deputatı kimi ötən müddət ərzində seçiciləri ilə mütəmadi görüşlər və qəbullar keçirib, onların qayğı və problemlərinin həlli ilə ciddi maraqlanıb, qanunların qəbulunda fəallığı ilə seçilib. Seçicilər Bəhruz Məhərrəmovun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili seçilməsi üçün yekdilliklə səs verəcəklərini bildiriblər.
Geri dön