Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Rövnəq Abdullayev Berdımuhəmmədovun qəbulunda

Rövnəq Abdullayev Berdımuhəmmədovun qəbulunda


12-09-2015, 23:57. Yazar: admin

Qarşılıqlı əlaqələrin müxtəlif aspektləri müzakirə olundu.

Türkmənistna prezidenti Qurbanqulu Berdımuhəmmədov "Avaza" milli turizm zonasında yerləşən konqress mərkəzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.

Görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak ediblər.

Görüş zamanı Rövnəq Abdullayev başçılıq etdiyi şirkətin Türkmənistanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Bundan başqa, yanacaq-energetika və nəqliyyat-kommunikasiya sahələrində qarşılıqlı əlaqənin müxtəlif aspektləri, qarşılıqlı faydalı olacaq birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.Oxu.Az
Geri dön