Ana Sayfa > Ölkə > Bu prospektdə təmir işləri davam etdirilir -
Bu prospektdə təmir işləri davam etdirilir -13-08-2024, 11:07. Yazar: sevinc1 |
14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə aia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - agentlik qeyd edib. aia.az Geri dön |