Ana Sayfa > Manşet / Siyasət / Parlament > Yeni Azərbaycan Partiyasına yüksək xalq inamı və etimadı mövcuddur
Yeni Azərbaycan Partiyasına yüksək xalq inamı və etimadı mövcuddur13-08-2024, 09:53. Yazar: sevinc1 |
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında seçicilərlə görüşü keçirilib. aia.az yap.org-a istinadən xəbər verir ki, Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə və dinamik şəkildə inkişaf edir. Ölkəmizdə bütün sahələri əhatə edən uğurlu islahatlar davamlı inkişafımızın bundan sonra da davam etməsi üçün əsaslı zəmin yaradır. Azərbaycan günü-gündən çiçəklənir, daha da qüdrətlənir. O, indiyədək iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, YAP-ın bu dəfəki seçkilərdə də qələbə qazanacağına əminliyini ifadə edib. Deputatlığa namizəd Kamaləddin Qafarov çıxışında YAP-ın seçki platforması haqqında ətraflı bəhs edib. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad edib. Son 200 illik tariximizdə Azərbaycan özünün düşmən tapdağı altında qalan ərazilərini azad etməklə dünyada misli görünməmiş Zəfərə imza atıb. Tarixi Zəfərimizlə yanaşı, ölkəmizin məqsədyönlü və milli maraqlara xidmət edən tərəqqi strategiyası Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. Tədbirdə, həmçinin Vətən müharibəsi şəhidləri Teymur Zeynalovun atası Tağı Zeynalov, Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova və digərləri çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasına yüksək xalq inamı və etimadı mövcuddur. Ona görə növbəti seçkilərdə də partiyanın namizədlərinin qələbə qazanacağına əminlik ifadə olunub. Çıxış edənlər bütün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar. Geri dön |