Ana Sayfa > Özəl > Banqladeşdə hindulara edilən hücumlardan sonra təhlükəsizlik tədbirləri artırıldı, Hindistan işə qarışdı

Banqladeşdə hindulara edilən hücumlardan sonra təhlükəsizlik tədbirləri artırıldı, Hindistan işə qarışdı


12-08-2024, 17:52. Yazar: sevinc1

Banqladeşdə  hindulara edilən hücumlardan sonra təhlükəsizlik tədbirləri artırıldı, Hindistan işə qarışdı

Banqladeşdə hökumət əleyhinə nümayişlər zamanı azlıqlara qarşı hücumlardan sonra ölkədəki müvəqqəti hökumət bu icmaların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə qərar verib.Banqladeşdə müvəqqəti hökumətin dini məsələlər üzrə müşaviri Xalid Hüseyn yerli mətbuata açıqlamasında dini yerlərə və azlıqlara məxsus evlərə hücumların arxasında duran “cinayətkarların” ədalət qarşısında cavab verəcəyini bildirib.Banqladeşin sülh ölkəsi olduğunu bildirən Hüseyn, baş məsləhətçi olaraq müvəqqəti hökumətə rəhbərlik edən Məhəmməd Yunusun sabah azlıq nümayəndələri ilə görüşəcəyini açıqlayıb.

Hüseyin, müvəqqəti hökumətin hücuma məruz qalan ərazilərdə dəyən ziyanın siyahısını tərtib etdiyini və azlıqlara təcili təhlükəsizlik dəstəyinin təmin edilməsi üçün qaynar xətt yaradıldığını bildirib.

Hüseyn həmçinin bildirib ki, ölkədəki imamlara xütbələrində dini harmoniya və azlıqların hüquqlarına toxunmalarını xahiş edən məktub göndərilib.

Bu arada Hindistan Banqladeşdən 2 Banqladeş əsilli hindusun ölkədə hücuma məruz qalmasından sonra ölkədəki hinduların təhlükəsizliyi ilə bağlı tədbir görməsini istəyib.

Keçmiş baş nazir Şeyx Hasina Vacidin avqustun 5-də ölkəni tərk etməsindən sonra Banqladeşdə 52 bölgədə azlıqlara qarşı 205-dən çox hücumun həyata keçirildiyi bildirilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön