Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycanla yeni qələbələrə doğru!

Yeni Azərbaycanla yeni qələbələrə doğru!


12-08-2024, 17:50. Yazar: sevinc1
Yeni Azərbaycanla yeni qələbələrə doğru!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 30 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın Hövsan qəsəbəsində şəhid və qazi ailələri ilə görüşləri keçirilib.

Namizəd ilk olaraq şəhid Elxan Nəcəflinin ailəsini ziyarət edib, övladı Şükür Nəcəflini 5 yaşı münasibəti ilə təbrik edib. S.Fətəliyeva şəhid övladına səmimi arzularını çatdırıb, Azərbaycanın bugünkü bütövlüyünün qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində əldə olunduğunu deyib. Daha sonra deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın həmişə bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını və YAP-ın bu dəfə də qələbə qazanacağına inamını ifadə edib.

Şəhid Elxan Nəcəflinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan ordusunun zabiti şəhid mayor Elxan Nəcəflinin atası da Birinci Qarabağ müharibəsi zamanı şəhid olub, anası isə əsir düşməkdən son anda xilas ola bilib. O, özü isə lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Namizəd daha sonra Birinci Qarabağ müharibəsi qazisi Mövsüməli Gülverdiyevi ziyarət edib, onun qayğı və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, həmin gün S.Fətəliyeva Hövsan qəsəbəsində bir neçə ailə ilə fərdi görüşlər keçirib.
Geri dön