Ana Sayfa > İdman > Türk nazir Olimpiya nəticələrinə görə əsəbiləşdi
Türk nazir Olimpiya nəticələrinə görə əsəbiləşdi12-08-2024, 17:15. Yazar: sevinc1 |
Bütün idmançıların oyunlara qatılmaq üçün sərf elədiyi əməyin fərqindəyik. Biz onların daim yanında olduq, olmağa da davam edəcəyik. AİA.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak idmançıların Paris-2024-dəki performansını dəyərləndirərkən deyib. O, idman federasiyalarını yaradılan imkanlardan düzgün istifadə etməməkdə günahlandırıb: "Medal alan, medal almağa yaxınlaşan, özəlliklə ilklərə imza atan idmançılarımız oldu. Bəzi nəticələr bizi gələcəyə ümidləndirsə də, bəzi nəticələr önəmli mesajlar verdi. Dövlət idman sahəsində hər cür imkanı təmin edir. Biz Türkiyə Respublikası olaraq idman federasiyalarına ən yüksək səviyyədə imkanlar yaratdıq. Bu imkanlar dünyanın bir çox ölkəsində yoxdur. Bunu biz yox, beynəlxalq idman icması deyir. Ancaq yaratdığımız imkanları düzgün istifadə etməyən federasiyalar bunun hesabını verəcəklər". Geri dön |