Ana Sayfa > Manşet / Siyasət / Özəl / Parlament > Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşlərini davam etdirir
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşlərini davam etdirir12-08-2024, 08:50. Yazar: sevinc1 |
Sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Aslanov (Novruz Aslan) təbliğat planına uyğun olaraq İsmayıllı rayonunda seçicilərlə görüşlərini davam etdirir. Artıq xəbər verdiyimiz kimi 9-10 avqust 2024-cü il tarixlərində Novruz Aslan İsmayıllı rayonunun 10 kəndində ümumilikdə 1000 nəfərə yaxın seçici ilə görüşmüşdür. Avqustun 11-də də bu görüşləri davam etdirən deputatlığa namizəd günün birinci yarısında rayon mərkəzində yerləşən Qala restoranında İsmayıllının bir qrup gəncləri və idmançıları ilə görüşüb. Novruz Aslan ilk növbədə parlamentdəki fəaliyyəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb və öz platformasından danışıb. Daha sonra Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan bəhs olunub. Deputatlığa namizəd həmçinin ölkəmizdə gənclərimizə və idmançılarımıza olan diqqət və qayğıdan danışıb. Səmimi söhbəst əsnasında gəncləri qayğılandıran və düşündürən məsələlər müzakirə olunub. Günün ikinci yarısında Novruz Aslan öz komandası ilə birlikdə İsmayıllı rayonunun mərkəzində yerləşən Qala restoranında İsmayıllının ağsaqqalları və din xadimləri ilə görüşüb. Deputatlığa namizəd görüşə gələnləri gələcək fəaliyyət planları və öz platforması barədə seçiciləri məlumatlandırıb. Novruz Aslan yaşlı nəslin və din xadimlərinin gənc nəslin milli-vətənpərvər ruhda formalaşmalarında oynadıqları rolun əhəmiyyətini vurğulayıb. Daha sonra İsmayıllı rayonunun ağsaqqallarından Valeh Salehov, Şəfaqət Rəsulov və başqaları çıxış edərək sentyabrın 1-də keçiriləcək seçkilərdə Novruz Aslanı dəstəkləyəcəklərini bildiriblər. Qeyd edək təbliğat kampaniyasının 3-cü günündə keçirilmiş iki görüşdə 200 nəfərə yaxın sakin iştirak edib. Beləliklə, deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunda 3 gün ərzində keçirdiyi 12 görüşdə ümumilikdə 1200 nəfər seçici ilə görüşüb. Keçirilən bütün görüşlərdə iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. aia.az Geri dön |