Ana Sayfa > Özəl > Fransada Zaporojye Atom Elektrik Stansiyasına hücumu “kabusa doğru addım” adlandırıblar
Fransada Zaporojye Atom Elektrik Stansiyasına hücumu “kabusa doğru addım” adlandırıblar12-08-2024, 08:25. Yazar: sevinc1 |
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) hücumdan sonra NATO-nu dayandırmağı tələb edib. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı münaqişənin gərginləşməsi üçün hər şeyə hazırdır. Siyasətçi Ukrayna prezidenti Vladimir Zelenskini də tənqid edərək bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasına edilən hücumlar “kabusa doğru addımdır”.Bundan əvvəl Avstriya kansleri Karl Nehammer Zaporojye atom elektrik stansiyasına hücum fonunda Ukraynada gərginliyin azaldılmasına və danışıqların aparılmasına çağırıb. O, nüvə infrastruktur obyektlərinə hücumun vəziyyəti daha da gərginləşdirdiyini və son dərəcə təhlükəli olduğunu vurğulayıb. Zaporojya AES-ə hücum avqustun 11-də məlum olub. O, dronlarla vurulub və bu, obyektin soyutma sistemlərində yanğına səbəb olub. aia.az Tərcümə şöbəsi Geri dön |