Ana Sayfa > Manşet / Siyasət / Özəl / Parlament > Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşlərini davam etdirir

Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşlərini davam etdirir


11-08-2024, 09:03. Yazar: sevinc1
Deputatlığa namizəd Novruzəli Aslanov İsmayıllıda seçicilərlə görüşlərini davam etdirir

Artıq xəbər verdiyimiz kimi 9 avqust 2024-cü il tarixində 89 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Novruzəli Aslanov (Novruz Aslan) İsmayıllı rayonunun kəndlərində öz seçiciləri ilə görüşüb. Seçkiqabağı təbliğat kampaniyasının planına uyğun olaraq görüşlər avqustun 10-da da davam edib. Belə ki, günün birinci yarısında Novruz Aslan vəkillərinin və səlahiyyətli nümayəndəsinin də daxil olduğu seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllının Kürdmaşı və Kəlbənd kəndlərində olub. Deputatlığa namizəd parlamentdəki fəaliyyəti barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb və bildirib ki, ona yenidən etimad göstərilərsə, gələcəkdə də öz seçicilərini layiqincə təmsil etməkdə davam edəcək. Səmimi şəraitdə keçən görüşlərdə kənd sakinlərini qayğılandıran müəyyən məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Günün ikinci yarısında deputatlığa namizəd öz komandası ilə birlikdə rayonun daha üç kəndində –Yenikənd, Kirk və Külçü kəndlərində olub. Keçirilən görüşlərdə iştirak edən kənd sakinləri, ziyalılar və ağsaqqallarnamizədi yaxşı tanıdıqlarını və ona böyük hörmət bəslədiklərini vurğulayıblar və bildiriblər ki, yekdilliklə öz səslərini ona verəcəklər. Novruz Aslan görüş zamanı ilk növbədə Ölkə Prezidenti tərəfindən yürüdülən uğurlu siyasətdən, bütün sahələri əhatə edən kompleks islahatlardan və insanların rifah halının yaxşılaşdırılması məqsədilə görülən tədbirlərdən söz açıb. Daha sonra deputatlığa namizəd seçicilərə öz platformasını təqdim edib, gələcək planlarından danışıb. Sonra kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan səsləndirilən təklif və arzuları qeydə alıb və mövcud problemlərin həlli üçün əməli tədbirlər görəcəyini bildirib.

Beləliklə, avqustun 10-da deputatlığa namizəd Novruzəli Aslanov özünün seçki-təşviqat komandasının üzvləri ilə birgə İsmayıllı rayonunun daha 5 kəndində seçicilərlə görüşüb. Qeyd edək ki, bu kəndlərdən üçü rayonun ucqar dağlıq ərazilərində yerləşir. Təşviqat kampaniyasının ikinci günündə keçirilən görüşlərdə 400 nəfərə yaxın vətəndaş iştirak edib. Ümimilikdə isə deputatlığa namizəd Novruzəli Aslanov avqustun 9-u və 10-nu tarixlərində 1000 nəfərə yaxın seçici ilə görüşüb.

Keçirilən bütün görüşlərdə kənd sakinləri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

aia.az
Geri dön