Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda əsgəri avtomobil vurub

Bakıda əsgəri avtomobil vurub


21-11-2016, 13:18. Yazar: admin


Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsində hərbi xidmətdə olan əsgəri avtomobil vurub.

Hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.

Burada yolu keçmək istəyən 1996-cı il təvvəllüdlü Əsədzadə Ərşad Müşfiq oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Ağır bədən xəsarətləri alan Ə.Əsədzadə təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, Ə.Əsədzadə 11 aydır Ədliyyə Nazirliyinin tabeçiliyində hərbi xidmətdədir. Onu avtomobil vurarkən əynində hərbi forma olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön